Medianews.az
Bu ölkədə bina bir neçə saata TİKİLİR - <span style=color:red>3D tikinti ÜSULU
211 baxış

Bu ölkədə bina bir neçə saata TİKİLİR - 3D tikinti ÜSULU

Almaniya 3D tikinti sahəsində adından söz etdirməyə davam edir. Medianews.az türk mediasına istinadən xəbər verir ki, Şimali Reyn-Vestfaliya ştatında 3D çap texnologiyasından istifadə edilməklə dayanıqlı və sərfəli yaşayış kompleksi tikilib. Lünen şəhərində başa çatdırılan layihə dövlət vəsaiti hesabına maliyyələşdirilən altı mənzildən ibarətdir və bina cəmi 118 saat ərzində tikilib. Yaşayış kompleksi 60 kvadratmetrlik iki otaqlı üç mənzildən və 80 kvadratmetrlik üç üç otaqlı mənzillərdən ibarətdir. Ümumi sahəsi 420 kvadratmetr olan bina az xərclə və ekoloji dayanıqlıq prinsiplərinə uyğun olaraq layihələndirilib. Günəş panelləri, enerji saxlama sistemləri və mərkəzi isitmə kimi ekoloji cəhətdən təmiz texnologiyalarla mənzillərin hər kvadrat metri cəmi 6 avroya kirayə veriləcək. İstifadə olunan beton 100% təkrar emal edilə biləndir və aşağı karbon emissiyasına malikdir. Layihədə ənənəvi üsullarla müqayisədə 143 ton karbon qazı emissiyasının qarşısı alınıb. Beləliklə, 3D çapın üstünlükləri nələrdir? Əslində, 3D çap texnologiyası ənənəvi tikinti üsulları ilə müqayisədə əhəmiyyətli üstünlüklərə malikdir: Sürət: Strukturlar saat və ya günlərlə tamamlana bilər. Dəqiqlik: Beton yalnız lazımi nöqtələrə tətbiq olunur, material tullantıları minimuma endirilir. Yaradıcılıq: Dizayn azadlığı memarlıqda yeni imkanlar açır. Bundan əlavə, layihədə istifadə edilən 3D çap texnologiyası da çevikliyi və dəqiqliyi ilə maraqlıdır.  

Bizə qoşulun