20.12.2024, 07:34
119 baxış
Lamiyə
Az yağlı həqiqətən də FAYDALIDIR?
“Az yağlı qidalar orqanizmə heç bir fayda vermir və istehsalçılar tərəfindən nişasta, qatılaşdırıcı və şəkər əlavə edildiyi üçün onların kalori miqdarı bir neçə dəfə artır”
Medianews.az “Lenta.ru”ya istinadən xəbər verir ki, bu sözləri endokrinoloq Mariya Kaloşina deyib.
Onun sözlərinə görə, lipidlər olmadan protein, kalsium və digər makro və mikroelementlər sorulmur.
Həkim orta yağ tərkibi 3,5 faiz olan məhsullar seçməyi məsləhət görüb.
Paylaş: