Medianews.az
Anasını itirən müğənni atasını evləndirdi - <span style=color:red>VİDEO
190 baxış

Anasını itirən müğənni atasını evləndirdi - VİDEO

Bir müddət əvvəl anasını itirən müğənni Şəbnəm Tovuzlu atası Ələddinin ikinci dəfə evləndiyini deyib. Medianews.az axşam.az-a istinadla xəbər verir ki, sənətçi bu haqda "Qonaqcanlı" verilişində deyib. O bildirib ki, atasını özü evləndirib: "Ölüncəyə qədər onun qulluğundayam. Yaxşı ki, varsan. Anam 5 ildir rəhmətə gedib. Atama nə qədər gözəl baxsa da, təkliyini hiss etdim. Onu Günəş xanımla evləndirdim. Atama gözəl baxır". Qeyd edək ki, Ələddin Şəbnəmin doğma atası deyil. İfaçı 1 yaşında olarkən anasını itirib və onu xalası ilə həyat yoldaşı saxlayıb. Şəbnəm uzun illər onları doğma valideyn bildiyini deyib.

Bizə qoşulun