Medianews.az
WSJ: ABŞ Türkiyənin Suriyanı işğal etməyə <span style=color:red> hazırlaşmasından qorxur
146 baxış

WSJ: ABŞ Türkiyənin Suriyanı işğal etməyə hazırlaşmasından qorxur

"ABŞ hakimiyyəti Suriya prezidenti Bəşər Əsədin gedişindən sonra Türkiyənin Suriyaya geniş miqyaslı işğalının başlamasından qorxur" Medianews.az “RT”yə istinadən xəbər verir ki, bu barədə “The Wall Street Journal” yazır. ABŞ rəsmilərinin bildirdiyinə görə, Türkiyə və müttəfiqləri Suriya sərhədində qüvvələr toplayır. “Narahatedici odur ki, Ankara Amerikanın dəstəklədiyi suriyalı kürdlərin nəzarətində olan ərazilərə genişmiqyaslı müdaxiləyə hazırlaşır”, – Gazeta.Ru jurnalistlərə istinadən yazır. Materialın müəllifləri qeyd ediblər ki, kürd rəsmiləri ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampı “işğalın qarşısını almaq üçün” Türkiyəyə təsir göstərməyə çağırır.    

Bizə qoşulun