Medianews.az
Trampdan TARİXİ ETİRAF: <span style=color:red>“Türkiyə bunu min illərdir istəyirdi və oldu”
289 baxış

Trampdan TARİXİ ETİRAF: “Türkiyə bunu min illərdir istəyirdi və oldu”

“Bazar ertəsi ABŞ-nin gələcək prezidenti Donald Tramp noyabrda keçirilən seçkilərdə qalib gəldikdən sonra ilk rəsmi mətbuat konfransını keçirib. O, yanvarın 20-də andiçmə mərasimindən sonra başlayacaq prezidentliyi ilə bağlı planlarını bölüşmək üçün jurnalistləri Mar-a-Laqodakı malikanəsində toplayıb. Yeni seçilmiş prezident öz həllini gözləyən problemlər arasında Ukraynadakı münaqişənin adını ilk sırada çəkib. Onun dediklərinə görə, Rusiya ilə Ukrayna arasındakı müharibəni dayandırmaq Yaxın Şərqdəki müharibəni saxlamaqdan daha çətin olacaq. O, burada bir gecədə hərbi əməliyyatları dayandıracağını yada salmasa da, əvvəlki administrasiyanın “pis qərarlarını” ləğv edərək, ən azı bu istiqamətdə irəliləmək niyyətində olduğunu bildirib”. Medianews.az xəbər verir ki, bu barədə politoloq Əlimusa İbrahimov bildirib. O qeyd edib ki, D.Trampın Yaxın Şərqdəki münaqişələrə optimizmi Ağ Ev sahibinin Türkiyə barədə dediklərindən sonra məlum olub. Politoloqun qənaətincə, Yaxın Şərqdə münaqişəni həll etmək ABŞ-yə ona görə asandır ki, bölgədə Vaşinqtonun Ankara kimi müttəfiqi var: “Görünən odur ki, Trampın ikinci prezidentliyi dövrü Türkiyə bölgənin ən aparıcı dövləti olacaq. ABŞ Prezidenti Donald Trampın hələ vəzifəsinə başlamamış Türkiyə dövlət başçısı Rəcəb Tayyip Ərdoğanla bağlı səsləndirdiyi fikirlər onun hər hansı ölkə rəhbəri haqqında bu vaxta qədər işlətmədiyi sözlər kimi manşetlərə düşüb. Bu etiraf və təriflər yaxın dörd il üçün ABŞ-Türkiyə münasibətlərinin ən yüksək səviyyədə olacağına bir işarədir. ABŞ-Türkiyə münasibətləri son 10 ildə heç də istənilən səviyyədə olmayıb və ciddi qarşıdurma ilə yadda qalıb”. Ə.İbrahimovun sözlərinə görə, münasibətlərin bundan sonra hər iki dövləti razı salacaq istiqamətdə inkişaf edəcəyi ümidvericidir: “Bu münasibətlərin normal olmasından həm region, həm də dünya dövlətləri faydalanacaq. Türkiyə artıq sözün əsl mənasında qlobal gücə çevrilməkdədir və bu, bizi sevindirir. Trampın Ərdoğan və Türkiyə haqqında dediklərinin bir qismini təkrar xatırlamaq istərdim. ABŞ prezidenti Türkiyənin böyük bir güc olduğunu, güclü hərbi qüvvəyə sahibləndiyini, müharibələrdən yıxılmadığını və Ərdoğanla çox yaxşı anlaşdığını xüsusi qeyd edib. Bildirib ki, ötən illər ərzində Ərdoğan çox güclü, təsirli bir ordu qura bilib. Ardınca Tramp bunları deyib: “Yəni, 5 milyonluq ordu ilə 250 minlik ordu arasında 5 min əsgərimiz var. Generaldan soruşdum. "Bu vəziyyət haqqında nə düşünürsünüz?" O dedi: “Onlar dərhal məhv olacaqlar”. Mən də onları oradan çıxardım, ona görə də çox tənqid olundum. Bəs nə oldu? Heç nə. Bir çox insanın həyatını xilas etdim. İndi 900 əsgərimiz var, onların bir qismini geri göndərdilər... İndi Suriyada bir tərəf demək olar ki, tamamilə dağıdılıb. Amma qarşı tərəfin kim olduğunu heç kim bilmir, mən bilirəm, bu Türkiyədir. Bəli, bunun arxasında duran güc Türkiyədir. Ərdoğan çox ağıllı adamdır. Türkiyə bunu min illərdir istəyirdi və oldu. Əsgərlərimizin şəhid olmasını istəmirəm. Düşünürəm ki, bir tərəfi dağıdıldığı üçün daha olmayacaq”. Ərtürk İSMAYIL

Bizə qoşulun