Medianews.az
Əsədin devrilməsinin Cənubi Qafqaza TƏSİRİ: <span style=color:red>Ankara strateji müttəfiqi Bakı ilə...
155 baxış

Əsədin devrilməsinin Cənubi Qafqaza TƏSİRİ: Ankara strateji müttəfiqi Bakı ilə...

“Türkiyənin regional və beynəlxalq siyasətdəki yerini Suriya qədər müəyyən edən ikinci bir böhran olmadı. Bu, Türkiyənin strateji müttəfiqi Azərbaycanın xarici siyasət vektorlarının təyininə mühüm elementlər qatır. Çünki Türkiyənin Suriyada həm ABŞ, həm Rusiya, həm də İran qarşısında üstünlüklər qazanması onun Cənubi Qafqazdakı nüfuz xəritəsini genişləndirir. Bu, Azərbaycanın regionda strateji asılılıqlar formalaşdırmaq istəyən bütün qüvvələrə qarşı gedişatına əlavə dəstək qazandırır, Bakının Ankara ilə qarşılıqlı şəkildə yenidən regional formalaşma paradiqmalarını əhatə edir”. Medianews.az xəbər verir ki, bu barədə Sosial Tədqiqatlar Mərkəzinin (STM) əməkdaşı, siyasi şərhçi Aqşin Kərimov bildirib. O qeyd edib ki, rəsmi Bakı Bəşər Əsədin devrilməsinin Cənubi Qafqazdakı geosiyasi təsirləri fonunda bu regiondakı xarici oyunçular qarşısında təhlükəsizlik, siyasi və diplomatiya baxımından getdikcə daha çox populyar olan strategiya formalaşdırır. Siyasi şərhçinin qənaətincə, Azərbaycan bunu həm mövcud bazalar əsasında, həm də yeni şəkilləndirmə layihəsi olaraq daha çox təsir və güc əldə etməyə hazırlıq mərhələsi kimi qiymətləndirir: “Bu, Azərbaycan üçün eksklüziv fürsətlər tanıyır ki, o, sərhədlərinin təhlükəsizliyindən tutmuş, Zəngəzur dəhlizinin açılmasına, eyni zamanda Qərbi azərbaycanlıların qayıdışı məsələlərinə qədər geniş portfeldə təsir rıçaqlarını yeniləsin. Çünki Azərbaycan Cənubi Qafqazdakı möhkəm yeri ilə bərabər, bu regionunun hüdudlarından kənardakı münasibətlər sisteminə də tədrici nüfuz edir”. A.Kərimov vurğulayıb ki, Bakının belə tutumu onun Ankaraə ilə strateji müttəfiqlik kursunu yenidən qurmağa, başqa tərəfdaşları ilə əməkdaşlıq arealını məharətlə idarə etməyə təkan verir: “Üstəlik, Azərbaycan Türkiyənin qarşılıqlı dəstəyi ilə Suriya və İraqdakı türkmən coğrafiyalarında prestij əldə etmək şansları qazanır. Eyni zamanda İrandakı türk nüfuzu ilə əməkdaşlıq imkanları açılır. Digər tərəfdən, Cənubi Qafqazda daha əhatəli və qanuni siyasi nizamın yaradılmasına sövq edilən addımlar müəyyən edilir”. Nailə QASIMOVA

Bizə qoşulun