Qubada baş vermiş partlayışın detalları məlum olub.
Zərərçəkən Xəyyam Babayevin sözlərinə görə, hadisəyə səbəb ana xətdən qaz sızması olub:
"Qonşular zəng etdi ki, "tez gəl çat, anan yerdədir, vəziyyəti pisdir". Güclü partlayış olub, birbaşa damı uçurub. Yeni təmirdən çıxmış mənzil idi. Maşına və evə ciddi ziyan dəyib".
Qeyd edək ki, hadisə bu gün səhər saatlarında Quba rayonunun Alekseyevka kəndində fərdi yaşayış evində baş verib. Nəticədə 1962-ci il təvəllüdlü Qərənfil Babayeva müxtəlif dərəcəli yanıq xəsarətləri alıb.
Ətraflı Baku TV-nin süjetində:
17:18
Dekabrın 15-də saat 09:14-də Quba rayonu Alekseyevka kəndi ərazisində mənzildə partlayış baş verməsi səbəbilə xəsarət alan 1962-ci il təvəllüdlü şəxs (qadın cinsli) Quba Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım bölməsinə hospitalizasiya olunub.
Bu barədə Medianews.az-a TƏBİB-dən bildirilib.
Ona üzün, hər iki əlin və sağ diz oynağinin I-II dərəcəli termiki yanığı (10%) diaqnozu təyin olunub və xəstəxananın Travmatologiya şöbəsinə yerləşdirilib.
Xəstəyə zəruri tibbi yardımlar göstərilib və hazırda müalicəsi davam etdirilir. Vəziyyəti orta ağır qiymətləndirilir.