Medianews.az
Zeynəb Xanlarovadan <span style=color:red>Yeni il sürprizi - VİDEO
334 baxış

Zeynəb Xanlarovadan Yeni il sürprizi - VİDEO

Azərbaycanın Xalq artisti, keçmiş deputat, 88 yaşlı məşhur müğənni Zeynəb Xanlarova bu il dekabrn 31-də Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə bağlı Dövlət Televiziyasında (AzTV) yayımlanacaq konsert proqramında çıxış edəcək. Medianews.az modern.az-a istinadla xəbər verir ki, Zeynəb Xanlarova AzTV-dəki çəkilişlərin məşqlərinə qatılıb. Xatırladaq ki, Zeynəb Xanlarova ötən il də AzTV-dəki konsert proqramında çıxış etmişdi. Zeynəb Xanlarova sonuncu dəfə ictimaiyyət arsına bu ilin mayında Şuşa şəhərində təşkil olunan "Xarıbülbül" Beynəlxalq Musiqi Festivalının açılışı zamanı çıxıb. Xalq artisti "Xarıbülbül" Beynəlxalq Musiqi Festivalının açılışında mahnı da ifa edib.

Bizə qoşulun