11.12.2024, 10:40
107 baxış
Lamiyə
Peskov: Rusiya Suriyada baş verənləri diqqətlə izləyir
“Rusiya Suriyada baş verənləri diqqətlə izləyir”
Medianews.az xarici mediaya istinadən xəbər verir ki, bunu Rusiya liderinin mətbuat katibi Dmitri Peskov deyib.
“Əlbəttə, biz indi Suriyada baş verən hər şeyi diqqətlə izləyirik. Biz təbii ki, hazırda Suriyadakı vəziyyətə nəzarət edənlərlə əlaqə saxlayırıq”, - deyə o bildirib.
Onun sözlərinə görə, Suriyada Rusiya bazası və Rusiyanın diplomatik missiyası olduğu üçün əlaqə saxlamaq lazımdır.
"Əlbəttə, yerlərdə inkişaf edən reallıqlara əsaslanaraq, biz çox diqqətlə baxmağa davam edəcəyik", - deyə o bildirib.