Medianews.az
Azərbaycandan Avropaya <span style=color:red>QAZ İXRACI ARTDI - AÇIQLAMA + FOTO
151 baxış

Azərbaycandan Avropaya QAZ İXRACI ARTDI - AÇIQLAMA + FOTO

“Azərbaycanın Avropaya qaz ixracatı 2024-cü ilin ilk 11 ayında 8 faizə yaxın artıb. Belə ki, həmin müddətdə 11.7 milyard kubmetr Azərbaycan qazı Avropa bazarına daxil olub. Bütövlükdə, bu ilin yanvar-noyabr aylarında xaricə qaz satışı 22,9 milyard kubmetr təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 5 faiz çoxdur”. Medianews.az xəbər verir ki, bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib. O qeyd edib ki, bu ilin yanvar-noyabr aylarında Avropaya ilə yanaşı, Türkiyəyə 9, Gürcüstana 2,2 milyard kubmetr qaz satılıb. İqtisadçı millət vəkilinin sözlərinə görə, Türkiyəyə TANAP-la bu müddətdə 5,1 milyard kubmetr qaz nəql olunub: “Avropanın bir sıra dairələrində qərəzli qətnamələrin qəbuluna rəğmən, Azərbaycan “qoca qitə”nin enerji təhlükəsizliyinin formalaşmasındakı rolunu artırmaqdadır. Artıq Avropa İttifaqına qaz idxalı həcminə görə, Azərbaycan ilk beşlikdə qərarlaşıb. Trans-Adriatik Qaz Boru Kəmərinin istismara verildiyi 2020-ci il dekabrın 31-dən indiyədək Avropaya 40 milyard kubmetrdən çox Azərbaycan qazı ixrac olunub”. Nailə QASIMOVA

Bizə qoşulun