Medianews.az
Brokolinin inanılmaz<span style=color:red> FAYDALARI
92 baxış

Brokolinin inanılmaz FAYDALARI

Brokolinin tərkibində çoxlu faydalı maddələr var. Medianews.az “Lenta.ru”ya istinadən xəbər verir ki, bu barədə endokrinoloq və diyetoloq İnna Misnikova danışıb. “Brokoli hər gün süfrənizdə olmağa layiq tərəvəzdir. Onun faydalı xassələrinin sirri sağlamlığı yaxşılaşdıran və orqanizmi müxtəlif xəstəliklərdən qoruyan antioksidantlarda və iltihabəleyhinə birləşmələrdədir”, - Misnikova yazıb. Həkimin sözlərinə görə, brokolinin tərkibində immun hüceyrələrin fəaliyyətinə təsir edərək orqanizmdə iltihabı azaldan və xərçəngdən qoruyan sulforafan maddəsi var. Bundan əlavə, bu tərəvəzdə bəzi xərçəng növlərinin riskini azaldan bir birləşmə olan indol-3-karbinol var. O, həmçinin piylənmənin, diabetin, ürək-damar və neyrodegenerativ xəstəliklərin, həmçinin osteoporozun qarşısını alır. Misnikova əlavə edib ki, brokolinin güclü antioksidant quercetin ilə zəngindir. "Brokolinin tərkibində olan bu flavonoid qocalma prosesini ləngidir və qocalıq demansının inkişaf riskini azaldır", - endokrinoloq izah edib.

Bizə qoşulun