02.12.2024, 06:53
141 baxış
Lamiyə
Futbol matçında onlarla azarkeş ÖLDÜ
Qvineyanın ikinci böyük şəhəri Nzerekoredə futbol matçında azarkeşlər arasında baş verən qarşıdurma nəticəsində onlarla insan ölüb.
Medianews.az bu barədə “Lenta.ru”ya istinadən xəbər verir.
Həkimlərdən birinin dediyinə görə, təxminən 100 nəfər ölüb. Cəsədlərin yerli xəstəxana və meyitxananı doldurduğu qeyd edilir. Digər həkim ölənlərin sayının onlarla olduğunu bildirib.
Hadisə şahidi bildirib ki, hər şey mübahisəli bir hakimin qərarı ilə başlayıb. Sonra azarkeşlər meydançaya qaçıblar.