Medianews.az
NATO-nun ikinci ən böyük ordusuna QARŞI SAVAŞ: <span style=color:red>Ankara XƏBƏRDARLIQ ETDİ
180 baxış

NATO-nun ikinci ən böyük ordusuna QARŞI SAVAŞ: Ankara XƏBƏRDARLIQ ETDİ

Türkiyənin milli müdafiə naziri Yaşar Gülər İsrailin Türkiyəyə hücumu ilə bağlı suala gözlənilməz cavab verib. Gülər bir televiziya şousunda jurnalistin suallarını cavablandırıb. Jurnalist İsrailin Türkiyəyə hücum edə bilib-bilməyəcəyini soruşub. Türkiyəli nazir cavab verib ki, İsrail şübhəsiz ki, hücum edə bilər. Belə bir hücum nələrə səbəb ola bilər? İsrailin Türkiyəyə hücum etməsində marağı nədir? NATO-da müttəfiq olan iki ölkənin birinin digərinə hücum etməsinə ABŞ-nin reaksiyası necə ola bilər? Mövzu ilə bağlı Medianews.az-a danışan Türkiyənin Azərbaycandakı səfirliyinin keçmiş hərbi attaşesi, ehtiyatda olan general-mayor Yücel Karauz bildirib ki, İsrail əldə etdiyi nüvə silahı, raket və aviasiya sistemləri ilə müəyyən imkanlara sahiblənib. Generalın sözlərinə görə, bu potensial bir təhdid formalaşdırır: “İsraili sadəcə bu ölkənin özü olaraq deyil, ABŞ ilə birlikdə dəyərləndirmək lazımdır. Eyni zamanda siyasi, iqtisadi lobbiləri və gücü ilə birlikdə dəyərləndirmək gərəkdir. Hadisələrə bu nöqteyi-nəzərdən yanaşmaq lazımdır. Əlbəttə ki, İsrailin Suriyanı, Livanı keçərək Türkiyəyə qurudan hücum etməsi qeyri-mümkündür. Amma İsrailin əldə etdiyi imkanları, potensialı göz önünə gətirsək, Təl-Əviv sahib olduğu nüvə silahları və raketlərlə Türkiyəyə hücumu gerçəkləşdirə bilər. Lakin təkbaşına Türkiyəni hədəf alıb bu hücumu təşkil etməsi çətindir. Türkiyənin milli müdafiə naziri Yaşar Gülərin söylədiyi kimi, hibrid müharibə taktikasından yararlanaraq bu hücumu təşkil edə bilərlər. İsrail Suriya və İraqdakı separatçı terror təşkilatı mənsubları ilə işbirliyi içində olduğunu inkar etmir. Türkiyənin də qırmızı xətti var”. Y.Karauz deyib ki, İsrailin öz ərazisini aşırı dərəcədə genişləndirməsi fonunda Suriyada Türkiyəyə qarşı bir terror dəhlizi, terroristan yaratmasına Ankara seyrçi qalmayacaq. Onun qənaətincə, bu təhlükənin qarşısının alınması üçün zəruri tədbirlər görüləcək: “Amma İsrail lobbisinin təsirini diqqətdən kənarda saxlamaq olmaz. İsrail lobbisinin Türkiyə iqtisadiyyatını çökdürmək üçün atacağı addımlar da ölkəmizə qarşı ciddi təhdiddir. Milli müdafiə naziri Yaşar Gülər quru qoşunları çərçivəsində Türkiyəyə qarşı ola biləcək təhdiddən daha çox, İsrailin digər imkan və qabiliyyətlərini nəzərdə tutur. Bu çərçivəyə nüvə silahının istifadəsi və sair daxildir. Əks təqdirdə, 85 milyon əhalisi olan, NATO-nun ikinci, dünyanın isə səkkizinci ən böyük Silahlı Qüvvələrinə malik Türkiyəyə qarşı başladıla biləcək savaşda İsrailin hər hansı uğur əldə etmə şansı yoxdur. Başda Netanyahunun oğlu olmaqla, digər israilli şəxslərin Türkiyə torpaqlarını böyük İsrail ərazisi kimi qələmə vermələri qəbuledilməzdir. Türkiyənin milli müdafiə naziri bu məsələlərə diqqət çəkərək xəbərdarlıq edir ki, rəsmi Ankara hər cür təhdidin qarşısını almağa qadirdir”. Ərtürk İSMAYIL

Bizə qoşulun