Medianews.az
Zəngəzur dəhlizi noyabrda AÇILIR? - <span style=color:red>Azərbaycan və Ermənistan arasında...
175 baxış

Zəngəzur dəhlizi noyabrda AÇILIR? - Azərbaycan və Ermənistan arasında...

Erməni politoloq Alen Gevondyan Ermənistan mediasına açıqlamasında iddia edib ki, noyabrın əvvəlinə qədər Zəngəzur dəhlizi adlanan yolu açmağa çalışacaqlar. Onun qənaətincə, dəhlizin açılması istiqamətində addımlar oktyabrın 26-dan sürətlənəcək və 5 noyabr tarixinə qədər dəhliz açılacaq. A.Gevondyan iddia edib ki, Ermənistan hakimiyyəti müqavimət resurslarının olmadığını əsas gətirəcək, bu prosesə etiraz etməyəcək. Onu da əlavə edib ki, Ermənistanın geosiyasi əhəmiyyəti Zəngəzur bölgəsidir və u bölgə ilə əlaqə itərsə, ölkəsi sıradan bir əraziyə çevriləcək. Mövzu ilə bağlı Medianews.az-a danışan politoloq Elçin Xalidbəyli bildirib ki, Zəngəzur dəhlizinin noyabrın ortalarına qədər açıla biləcəyi tamamilə əsasız, absurd və qeyri-real iddialardır. Onun sözlərinə görə, Zəngəzur dəhlizi ilə bağlı Azərbaycan və Ermənistan arasnda hələlik heç bir anlaşma yoxdur: “Hətta bu müzakirələr daha irəli tarixə təxirə salınıb. Bu məsələ yekun sülh sazişinin mətnindən çıxarılıb. Digər tərəfdən, Zəngəzur dəhlizinə nəzarət uğrunda Avropa İttifaqı, ABŞ, Fransa da mübarizəyə qoşulub. Eyni zamanda Rusiya da bu dəhlizə nəzarət etmək iddiasındadır. Hazırda ABŞ və Qərb Rusiya ilə bu məsələ üzərində ciddi rəqabət aparırlar. Qarşıdurma günbəgün güclənir. Burada da müəyyən ziddiyyətlər, problemlər mövcuddur”. Politoloq vurğulayıb ki, həttda bütün siyasi problemlər həll olunmuş olsaydı belə, Zəngəzur dəhlizinin noyabrın ortalarına qədər açılması mümkün ola bilməzdi: “Çünki Zəngəzur dəhlizinin Azərbaycan hissəsi inşa olunmuş olsa da Ermənistanın Zəngəzur bölgəsində rəsmi İrəvan bu dəhlizin açılması üçün heç bir addım atmayıb. Yəni, nəqliyyat kommunikasiya infrastrukturunun yaradılması istiqamətində heç bir iş görülməyib. Dəmir və avtomobil yollarının çəkilməsinə hələ heç başlanılmayıb. Bütün bunları nəzərə aldıqda, Zəngəzur dəhlizinin yaxın vaxtlarda açılması qətiyən inandırıcı deyil. Böyük ehtimal ki, Ermənistanda Paşinyan hakimiyyətinə qarşı aparılan təzyiq kampaniyasında Zəngəzur dəhlizi mövzusundan istifadə etməyə çalışırlar. Hakimiyyəti çətin vəziyyətə salmaq üçün Zəngəzurun itirilməsi ilə bağlı iddiaları ortaya atırlar. Bununla da Ermənistan cəmiyytini Paşinyan hakimiyyətinə qarşı hərəkətləndirmək cəhdləri göstərirlər. Yəni, hansı tərəfdən baxılsa bu iddia istənilən halda siyasi manipulyasiya xarakteri daşıyır və təxribatçı iddialar sırasına daxil edilə biləcək məsələdir”. Nailə QASIMOVA

Bizə qoşulun