Medianews.az
TƏBİB sədri: “Təcili yardıma daxil olan çağırış və təxliyə sayı artıb” - <span style=color:red>FOTO
69 baxış

TƏBİB sədri: “Təcili yardıma daxil olan çağırış və təxliyə sayı artıb” - FOTO

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə cari ilin 9 ayı ərzində daxil olan çağırışların statistik göstəricilərinə nəzər salsaq, görərik ki, 2024-cü ilin yanvar-sentyabr ayları ərzində təcili yardıma 599 min 976 çağırış qeydə alınıb. Onlardan 62 min 598-i təxliyə olunub. Təəssüf ki, ötən müddət ərzində əsassız çağırışlar da az olmayıb. 9 ay ərzində 39 min 548 əsassız çağırış qeydə alınıb. Bu rəqəmləri ötən ilin 9 ayı ilə müqayisə etsək, 2023-cü ilin yanvar-sentyabr ayları ərzində ümumi çağırış sayı 555 min 736 olaraq qeydə alınıb. Müxtəlif tibb müəssisələrinə təxliyə olunanların sayı 61 min 032 təşkil edib. Əsassız çağırışlar isə 34 min 968 olub”. Medianews.az xəbər verir ki, bunu TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xidmətinin təkmilləşdirilməsi və inkişaf etdirilməsinə dair keçirilən brifinqdə deyib. Vüqar Qurbanov bildirib ki,  keyfiyyətli, əlçatan təcili və təxirəsalınmaz tibbi yardım xidmətini təşkil edə bilmək üçün ambulansların və müvafiq olaraq briqadaların sayı əhali sayını nəzərə almaqla optimallaşdırılır: “Ambulans parkı müasir və standartlara cavab verən avtomobillərlə əvəz olunur. İcbari tibbi sığortanın tətbiqindən sonra təxirəsalınmaz təcili tibbi yardım stansiyalarının avtomobil parklarının yenilənməsi və müəssisələrin təcili yardım avtomobillərinə ehtiyaclarının ödənilməsi məqsədilə 2024-cü ilə kimi 349 ambulans alınmışdı. Birləşmə prosesinin getdiyi cari il ərzində də bu proses davam etdirilib. Ən son bu ilin mart ayında daha 100 ədəd təcili yardım avtomobili ölkə başçısına təqdim edilib və ehtiyaca uyğun olaraq Bakı və regionlar üzrə təhkim olunub”. TƏBİB-in İcraçı direktoru İnnovasiya və Təchizat Mərkəzi tərəfindən cari ilin 17 sentyabr 2024-cü il tarixində “Yeni müasir tibbi avadanlıq kompleksləri ilə təchiz olunmuş 80 ədəd təcili tibbi yardım avtomobilləri”nin satın alınması məqsədilə dövlət satınalmalarına başlanıldığını qeyd edib: “Satın alınması nəzərdə tutulmuş avtomobillər texniki spesifikasiyasına görə sadə differensiallı standart və reanimobil təcili tibbi yardım avtomobilləri olacaq. Eyni zamanda avtomobillərdən 5 ədədi tam elektrikli avtomobillərdir”. TƏBİB-in İcraçı direktoru çıxışı zamanı həmçinin cari ilin 9 ayı ərzində təcili və təxirəsalınmaz tibbi yardım xidməti ilə bağlı TƏBİB-in 815 Çağrı Xidməti şöbəsinə daxil olan müraciətlərin sayı barədə də məlumat verib: "2024-cü ilin 9 ayı ərzində TƏBİB-in 815 Çağrı Xidməti şöbəsinə isə təcili və təxirəsalınmaz tibbi yardım xidməti ilə bağlı daxil olan müraciətlərin sayı 2788 təşkil edib. Müraciətlərdən 2539-u şikayət xarakterli, 247-si sorğu xarakterli, 2-si isə təklif xarakterli olub. Avqust və sentyabr aylarında daxil olan şikayətlərlə bağlı statistikanın müqayisəsinə baxdıqda görürük ki, şikayət sayında əsaslı dərəcədə azalma müşahidə edilməkdədir. Belə ki, avqust ayında şikayətlərin sayı 346 idisə, sentyabr ayında bu rəqəm 248 olub". Maral ŞAHVERDİLİ

Bizə qoşulun