16.10.2024, 09:06
70 baxış
Lamiyə
20 dəqiqə yatmağın inanılmaz FAYDASI
“Gün ərzində 20 dəqiqəlik yatmaq infarkt və insult riskini xeyli azaldır”
Medianews.az Lenta.ru-ya istinadən xəbər verir ki, bunu mətəxəssis Tatyana Krımçeva deyib.
O bildirib ki, yuxu zamanı orqanizm təkcə istirahət etmir, həm də bütün sistem və orqanların işini “sınaqdan keçirir”, həmçinin bütün lazımi hormonları bərpa edib istehsal edir.
Ekspert vurğulayıb ki, həyat və iş tempi ilə əlaqəli xroniki yuxu çatışmazlığı ürək, qan damarları və mədə-bağırsaq traktının problemləri riskini əhəmiyyətli dərəcədə artırır.
T.Krımçevanın sözlərinə görə, gün ərzində 20 dəqiqə yatmaq, çox bədən sistemlərinin fəaliyyətini yaxşılaşdıracaq. O, araşdırmaları əsas gətirərək deyib ki, bu halda konsentrasiya təxminən 50 faiz, yaddaş isə 30 faiz yaxşılaşır, həmçinin infarkt və insult riski azalır.
O, metroda 10 dəqiqəlik yatmağın belə sağlamlığı yaxşılaşdıracağını vurğulayıb.
Lamiyə