09.10.2024, 16:30
88 baxış
Redaksiya
Borrel Gürcüstana şərt qoydu: "Söz verirəm ki, geri götürsələr..."
“Avropa İttifaqı (Aİ) antidemokratik addımlarına cavab olaraq, Gürcüstanın Aİ-yə inteqrasiya prosesini əngəllədi, siyasi dialoqun səviyyəsini aşağı saldı və Avropa Sülh Fondu vasitəsilə göstərilən hərbi yardım dayandırıldı”.
Medinews.az xəbər verir ki, bunu Avropa İttifaqının (AB) xarici siyasət xidmətinin rəhbəri Cozef Borrel deyib.
O, LGBT və “Xarici agentlər haqqında” qanun, eləcə də digər bütün “antidemokratik qanunlar”ın geri götürülməsi müqabilində Gürcüstana maliyyələşdirməni bərpa edəcəyinə söz verib.
Borrel bildirib ki, hər şey buna bağlıdır.
“Həmin tədbirlərə yenidən baxıla bilər və bu, çox sadədir, yalnız Gürcüstan hakimiyyətinin siyasi iradəsi lazımdır. Avropa İttifaqına üzv olmaq barədə bəyan etdikləri məqsədə zidd olan qanunları ləğv etməyə başlamalıdırlar. Bu, xüsusilə əsas insan hüquq və azadlıqlarını məhdudlaşdıran qanunlara aiddir”, - diplomat qeyd edib.
Borrelin sözlərinə görə, Aİ dəfələrlə rəsmi Tbilisini Brüsselin qəbul etmədiyi qanunları ləğv etməyə çağırıb.
Ayşən