Medianews.az
Deputat marjinal siyasi qruplara SƏSLƏNDİ: <span style=color:red>Sevinməyin, bütün təhdidlərə...
89 baxış

Deputat marjinal siyasi qruplara SƏSLƏNDİ: Sevinməyin, bütün təhdidlərə...

“Ermənistan işğal altında saxladığı torpaqlarda törətdiyi terrorla ölkəmizə yüz milyard dollar ziyan vurub. Azərbaycan isə son 3 ildə Qarabağ və Şərqi Zəngəzuru  bərpasına 10 milyard dollar ayırıb. Ermənistan dağıdır, Azərbaycan bərpa edir. Fərq budur”. Medianews.az xəbər verir ki, bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib. O qeyd edib ki, Ermənistanın tamamən dağıtdığı ərazilərə baxıb Azərbaycanın suveren hüququ dəstəklənməli idi. Lakin bir sıra ölkələr qərəzli davranışlar, addımlar sərgiləməyə davam edir: “SSRİ hakimiyyəti zamanı Ermənistanda 170 mindən çox azərbaycanlı yaşayırdı. 1989-cu ildə isə Ermənistan statistikasında göstərilir ki, bu ərazilərdə bir azərbaycanlı belə yaşamır. 700 minə yaxın azərbaycanlı öz ata-baba yurdundan didərgin salınıb. 30 il müddətində 1 milyon azərbaycanlı etnik təmizləməyə məruz qalıb. Lakin bütün bunlara rəğmən, ABŞ ölkəmizə qarşı qərəzli davranışlar sərgiləyir. Amma bu addımların heç bir nəticəsi olmayacaq və Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında günü-gündən daha da güclənəcək”. Millət vəkili Vüqar Bayramov bildirib ki, bir sıra ölkələrin qərəzli qətnamə və müraciətlərindən həvəsə gələn ölkə daxilindəki siyasi marjinal qruplar sevinməsələr: “Azərbaycan güclüdür və cənab Prezidentin rəhbərliyi bütün qərəzli xarici təhdidlərə cavab vermək gücündədir”. Turan ORUC

Bizə qoşulun