Medianews.az
Qırmızı ət hansı vitaminlərlə<span style=color:red> ZƏNGİNDİR?
137 baxış

Qırmızı ət hansı vitaminlərlə ZƏNGİNDİR?

“Qırmızı ət, yəni donuz əti, mal əti, quzu və at əti bəzi insanlar üçün faydalıdır” Medianews.az xarici mediaya istinadən xəbər verir ki, bunu diyetoloq Mixail Qinzburq deyib. Diyetoloq izah edib ki, qırmızı ət B12 vitamininin azsaylı mənbələrindən biridir. Bundan əlavə, həkim qeyd edib ki, o, dəmirlə zəngindir və reproduktiv yaşda olan qadınlar üçün faydalıdır. “Ətin tərkibində dəmir var, o, ən yaxşı mənimsənilir və dəmir ehtiyatlarımızı artırır. Menstruasiya funksiyasını qoruyub saxlayan qadınlar üçün bu məhsul mühüm köməkdir”, - diyetoloq bildirib. Həmçinin M.Qinzburq əlavə edib ki, qırmızı ətin tərkibində qışda orqanizm üçün vacib olan D3 vitamini var. O, bu məhsulu 40 yaşdan aşağı insanlar üçün əvəzolunmaz adlandırıb. Yaşlı insanlar üçün həftədə iki-üç dəfədən çox olmayan ət yeməyi tövsiyə edib, çünki onlarda bu məhsul maddələr mübadiləsi zamanı bağırsaq mikroflorasına zərər verəcək zəhərli maddələrin meydana gəlməsinə səbəb ola bilər.

Bizə qoşulun