01.10.2024, 11:36
110 baxış
Lamiyə
Göygöldə maşın qadınları vurdu: Ölən var
Göygöldə avtomobil piyadaları vurub.
Medianews.az Lent.az-a istinadən xəbər verir ki, hadisə şəhərin A.Kazımov küçəsində yerləşən restoranın qarşısında baş verib.
Məntiq İlyas oğlu Mehdiyev idarə etdiyi VAZ-2106 avtomobili ilə hərəkətdə olarkən yolu keçən piyadalar - Mətanət Arif qızı Əliyeva və Maral İsmayıl qızı Nəcəfovanı vurub.
Nəticədə hər iki piyada xəsarət alıb, Maral Nəcəfova xəstəxanada ölüb.
Faktla bağlı cinayət işi başlanıb.