Medianews.az
Azarkeşləri daşıyan avtobus qəza etdi, <span style=color:red>  20-dən çox insan... - FOTO
105 baxış

Azarkeşləri daşıyan avtobus qəza etdi, 20-dən çox insan... - FOTO

Rusiyanın Krasnodar diyarında həndbol klubu azarkeşlərini daşıyan avtobusun yük maşını ilə toqquşması nəticəsində ağır yol qəzası baş verib. Medianews.az xarici mediaya istinadən xəbər verir ki, sentyabrın 29-da baş verən qəzada 3 uşaq daxil olmaqla, 22 nəfər xəstəxanalara çatdırılıb. 9 nəfərə ambulator yardım göstərilib. Avtobus sürücüsü yaralanıb, yük maşını sürücüsü isə həyatını itirib. Qəza zamanı avtobusda 49 nəfər olub. Həndbol klubunun azarkeşləri Rusiya çempionatının oyununun keçirildiyi Krasnodardan Stavropola qayıdırdılar. Lamiyə 

Bizə qoşulun