24.09.2024, 07:57
103 baxış
Lamiyə
"Sülhə düşündüyümüzdən daha yaxınıq"
“Düşünürəm ki, biz sülhə düşündüyümüzdən daha yaxınıq”
Medianews.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Ukrayna rəhbəri Volodimir Zelenski ABC News-a müsahibəsində məlumat verib.
Qeyd olunur ki, münaqişənin başa çatması ilə bağlı dediyi sözlərə baxmayaraq, o, hələ də müttəfiqlərdən Ukrayna ordusu üçün silahların verilməsini tələb edir.
Onun fikrincə, onun hazırladığı “Qələbə planı” Rusiya ilə danışıqlara deyil, Ukraynanın və onun Silahlı Qüvvələrinin güclənməsinə gətirib çıxaracaq. Zelenski bunu münaqişənin “diplomatik yola aparan körpü” adlandırıb.
Lamiyə