Medianews.az
Qəhvənin qan analizlərinə<span style=color:red> TƏSİRİ
137 baxış

Qəhvənin qan analizlərinə TƏSİRİ

“Analizdən ən azı 3-4 saat əvvəl qəhvə içə bilərsiniz” Medianews.az xarici mediaya istinadən xəbər verir ki, bunu infeksionist Vera Serejina deyib. Onun sözlərinə görə, ümumiyyətlə, həkimlər analizdən əvvəl qəhvə içməyi məsləhət görmürlər, xüsusən də səhər analizdirsə. Həmçinin yalnız az miqdarda qazsız su içməyə icazə verirlər. “Bu onunla əlaqədardır ki, qəhvə qanın laxtalanma sistemini aktivləşdirə bilər ki, bu da onun qalınlaşmasına gətirib çıxarır və buna görə də analizin aparılması prosesini çətinləşdirir. Su, əksinə, qanı daha maye edir və laborantlara prosedurun öhdəsindən daha asan gəlməyə kömək edir”, - deyə o izah edib. Serejina bildirib ki, əgər analiz günün ikinci yarısına planlaşdırılıbsa, həmçinin qəhvə içməklə analiz vermək  arasında 3-4 saat olarsa, bu içkini içə bilərsiniz. O qeyd edib ki, bu, seroloji qan testləri üçün məqbuldur. Mütəxəssis, eyni zamanda, qəhvənin sidik analizinə birbaşa təsir göstərmədiyini söylədi - sidiyin səhər hissəsi bir gecədə sidik kisəsində toplanır və səhər içilən içkilərdən təsirlənmir. Lamiyə  

Bizə qoşulun