Hindistanda qadın timsah tərəfindən parçalanıb.
Medianews.az xarici mediaya istinad edərək xəbər verir ki, Odişadan olan 50 yaşlı Manjulata Bhanda avqustun 12-də Alapuadia kəndi yaxınlığındakı Brahmani çayına qab yumağa getdikdən sonra itkin düşüb.
Onun meyiti çərşənbə axşamı, səhər saatlarında çaydan tapılıb. Ehtimal olunur ki, qadına timsah hücum edib və onu suyun altında sürükləyib.
Qadının ailəsi qorunan vəhşi heyvanların vurduğu ölümlərə görə hökumətin kompensasiya proqramına uyğun olaraq 600 min rupi təzminat alacaq.
Hindistanın bəzi yerlərində sürünənlərin hücumları adi hala çevrilib.
Medianews.az