Medianews.az
Qonşular arasında qanlı dava: <span style=color:red>35 yaşlı kişi öldürüldü
127 baxış

Qonşular arasında qanlı dava: 35 yaşlı kişi öldürüldü

Avqustun 4-də Qaradağ rayonu Qobu qəsəbəsi ərazisində 1989-cu il təvəllüdlü Bəhruz Məmmədov öldürülüb. Medianews.az xəbər verir ki, bu barədə Qaradağ Rayon Prokurorluğunun məlumatında deyilir. Bildirilir ki, 1990-cı il təvəllüdlü Nahid Həsənovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı qonşusu Bəhruz Məmmədova kəsici-deşici alətlə xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır. Nahid Həsənov iş üzrə şübhəli şəxs qismində tutulub.

Bizə qoşulun