Medianews.az
İqtisadi böhran: dollar bahalaşacaq
157 baxış

İqtisadi böhran: dollar bahalaşacaq

Dünyada yeni iqtisadi böhran başlayan kimi dolların məzənnəsi sürətlə artmağa başlayacaq. Medianews.az  xəbər verir ki, məşhur rusiyalı iqtisadçı Mixail Xazin deyib. “Yaxın gələcəkdə ABŞ-də maliyyə bazarlarının çökməsi baş verə bilər. Lakin bu, dolların məzənnəsinin çökməsinə səbəb olmayacaq. Əksinə yeni iqtisadi böhran başlayan kimi dünyanın hər yerindən olan investorlar qlobal maliyyə turbulentliyinin başlanğıcını gözləyə biləcəkləri etibarlı qoruyucu aktiv axtarmağa başlayacaqlar. Amerika dolları belə bir alət ola bilər. Ona görə də yeni iqtisadi kataklizmin başlanğıcında onun dağılmasını gözləmək əbəsdir”,- o vurğulayıb. Ekspertin fikrincə, ABŞ dolları yalnız böhranın lap sonunda mövqelərini itirməyə başlaya bilər. Ayşən  

Bizə qoşulun