Dağıstanda terror aktları qurbanlarının sayı 20 nəfərə çatıb.
Medianews.az xəbər verir ki, bu barədə “Baza” teleqram kanalı məlumat yayıb.
Qeyd olunub ki, həlak olanlar arasında hüquq-mühafizə orqanının 15 əməkdaşı, Dərbənddəki pravoslav kilsəsinin bir keşişi və mühafizəçisi, kimliyi hələ müəyyən edilməyən üç nəfər də var.
Hadisə zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan 22 zərərçəkən isə xəstəxanalara yerləşdirilib. Daxili İşlər Nazirliyi beş terrorçunu məhv edib.
Medianews.az