Medianews.az
Gürcüstana qarşı sanksiya çağırışı
83 baxış

Gürcüstana qarşı sanksiya çağırışı

Avropa İttifaqı xarici agentlər haqqında qanuna görə Gürcüstan vətəndaşlarının vizasız gediş-gəlişinə qadağa qoyulmasını müzakirə edir. Medianews.az xəbər verir ki, bu barədə “Financial Times” məlumat yayıb. Bəzi Aİ ölkələri o cümlədən Hollandiya, Çexiya, İsveç və Estoniya Gürcüstana qarşı məhdudlaşdırıcı tədbirlərin tətbiqini tələb edir. Nəzərdən keçirilən tədbirlər arasında Gürcüstan vətəndaşları üçün Aİ-də vizasız rejimin dayandırılması, məqsədyönlü sanksiyalar, həmçinin Aİ-nin vəsaitlərinin dondurulması da var. Əlavə edilir ki, Avropa paytaxtları “Gürcüstan hökumətinə müxtəlif təzyiq tədbirləri” nəzərdən keçirir. Qeyd edək ki, Gürcüstan parlamenti mayın 14-də xarici agentlər haqqında qanun layihəsini üçüncü və son oxunuşda qəbul edib. Bir neçə həftədir ki, sənəd parlamentdə nəzərdən keçirilən zaman Tbilisidə kütləvi etirazlar başlayıb. Mayın 18-də Gürcüstan prezidenti xarici agentlər haqqında qanun layihəsinə veto qoyub . Ayşən

Bizə qoşulun