Fransanın Yeni Kaledoniya muxtariyyətində su altında balıq ovlamağa çalışan şəxs köpək balığının hücumu nəticəsində ölüb.
Medianews.az xəbər verir ki, adı açıqlanmayan şəxs bölgədəki Poum adasının 500 metr kənarında su altında balıq tutmaq istəyən qayıqçı köpək balığının hücumuna məruz qalıb.
Ailə üzvlərindən birinin kömək etmək cəhdinə baxmayaraq, köpəkbalığının hücumundan xilas ola bilməyən kişi həyatını itirib.
Sözügedən hadisə bu il Yeni Kaledoniyada ikinci ölümcül köpəkbalığı hücumu olub.
Belə ki, 59 yaşlı avstraliyalı turist fevral ayında Noumea bölgəsindəki Chateau-Royal Beach-də çimərkən köpək balığının hücumu nəticəsində həlak olub.
Bu hadisədən sonra səlahiyyətlilər köpəkbalığı hücumlarına qarşı bölgədəki bəzi çimərlikləri qadağan etmişdi.
Medianews.az