Aparıcı Elgiz Əkbər toyda adam döydüyünü etiraf edib.
Olay.az verir ki, o, TikTok canlı yayımında aparıcısı olduğu toyda onu narahat edən şəxsi döydüyü barədə danışıb:
Dedim “Sən öləsən, sən bir də mənə yaxınlaşsan, başqa cür olacaq! Yaxınlaşma mənə, yekə kişisən”. Sən demə, bu kişinin 4 oğlu da toyda iştirak edirlər. Bəy görüb ki, bu adam məni incidir. Görüb və hiss edib ki, mən əsəbiyəm. Həmin bəy gəldi. İnanırsınız, həmin kişini və oğlanlarını toydan qovdu. Onlara dedi ki, “Sən bu məclisə layiq deyilsən”. O bəyə halal olsun”.