23 sentyabr 2012-ci ildə fəaliyyətə başlayan “Medianews.az” hər zaman doğru və ciddi xəbərin, haqqı-hüququ tapdanan vətəndaşın, Dövlətin və onun haqlı mövqeyinin yanında və müdafiəsində olub.
Saytımız reytinq xatirinə ucuz və bayağı xəbərlərə qarşı hər zaman barışmaz mövqedə olmaqla yanaşı, bu gün öz oxucu əhatəsinə görə yetərincə yüksək nəticələr göstərməkdədir. Yubiley ərəfəsində yeni dizayn və yeni funksionallıqla izləyicilərinin görüşünə gələn “Medianews.az”ın redaksiya heyəti daim yeniliklərin axtarışında və tətbiqindədir. Hazırda sayt 3 dildə- Azərbaycan, rus və ingilis dillərində yayımlanır. 2016-cı ildən Azərbaycan Mətbuat Şurasının üzvüdür. 2022-ci ildən MEDİA Agentliyi ilə tərəfdaşlıq edir.
Vətənin müdafiəsi uğrunda həyatını qurban verən şəhidlərimizin ruhuna etiram əlaməti olaraq, “Medianews.az” saytı öz yubileyini qeyd etmir və heç bir tədbir keçirmir.
Allahdan şəhidlərimizə rəhmət, yaralılarımıza şəfa diləyirik!