Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Serbiyanın paytaxtı Belqradda Açıq Balkan Təşəbbüsü Sammitində iştirak edir.
Medianews.az “haberglobal”a istinadən xəbər verir.
Türkiyə Xarici İşlər Nazirliyindən verilən məlumata görə, sammit çərçivəsində Çavuşoğlu Monteneqronun baş naziri Dritan Abazoviç, daha sonra Macarıstanın xarici işlər naziri Peter Szijr ilə görüşüb. Həmçinin Serbiyanın xarici işlər naziri Nikola Selakovi ilə də görüş olub.
Xanlar Əlibəy
Medianews.az