”Serial çəkməyi düşünmürəm, artıq bezmişəm, rejissorluğun maliyyə tərəfləri ürəkaçan deyil və bu mənada ciddi problemlər var. Bu sənətdən getməyi düşünürəm”.
Bu sözləri Medianews.az-a açıqlamasında Əməkdar Mədəniyyət İşçisi, tanınmış rejissor Ramin Hacıyev deyib. O bu sahəni seçdiyi üçün peşman olduğunu dilə gətirib:”Təəssüf ki, televiziyalar artıq istedada deyil, sponsora-maliyyəyə baxırlar. Sponsorun varsa, istədiyin layihəni efirdə təqdim edə bilərsən. Əks halda bu mümkün deyil”.
Tanınmış rejissor gələcək fəaliyyətini aparıcılıq sahəsində davam etdirə biləcəyini də bildirib:
“Veriliş aparmaq barədə düşünməmişəm, lakin maliyyə problemlərini qarşılayacaq sponsor olarsa, dəyərləndirmək istəyərəm. Aparıcılıq edəcəyim veriliş xarakterimə də uyğun olmalıdır. Yaxşı olardı ki, yumor, əyləncə mövzulu layihə olsun.
Rejissor serial çəkərkən aktyor və aktrisa seçimi barədə də danışıb:
”Tanımadığım aktyor və aktrisalarla işləməyi sevirəm, rejissor birbaşa işi də insanları yeni simalarla tanış etməkdir. Bəzən dəvət etdiyimə məyus olduğum insanlar da olur. Belə olan halda isə həmin aktyor və aktrisada olan qabiliyyəti üzə çıxarmaq məqsədi ilə serialın senarisində gedişatdan asılı olaraq müəyyən dəyişikliklər edirəm”.
Aysel Şirinova
Medianews.az