Medianews.az
“Yeni mövsümdə təqdim edəcəklərimiz bizim istəklərimizdən asılı deyil”- Tanınmış rejissor
76 baxış

“Yeni mövsümdə təqdim edəcəklərimiz bizim istəklərimizdən asılı deyil”- Tanınmış rejissor

Yeni bir mövsümün astanasındayıq. Yeni mövsüm yeniliklərin xəbərçisidir. Bəs, görəsən, bu mövsüm seriallarımızda hansı dəyişiklər olacaq? Rejissorlar tamaşaçıların tələbələrinə cavab verə biləcəklərmi? Mövzu ilə bağlı Əməkdar incəsənət xadimi, rejissor Ramin Hacıyev Medianews.az-a danışdı. Bildirdi ki, indi tamaşaçıları təəccübləndirmək çətin və qəliz məsələdir: “Hesab edirəm ki, yeni mövsümdə seriallarımız ötən illərə nisbətdə azlıq təşkil edəcək. Keçən mövsümün uğurlu və reytinqli seriallarının davam etməsi gözlənilir. Ötən mövsümdə tamaşaçı tərəfindən sevilən və kifayət qədər reytinq toplamağı bacaran seriallarımız fərqli xətlərlə yenə də yayımlanacaq. Mənə gəldikdə isə hazırda yeni serial çəkməyi planlaşdırmıram, ola bilər yeni veriliş hazırlayım. Hazırda isti yay günlərini yaşayırıq, insanlar istirahət edir. Yeni layihənin olub-olmayacağı sentyabr ayının ilk həftəsi daha dəqiq bilinəcək. Tamaşaçı yenilik axtarır, yeniliyi də izləyicilərə vermək lazımdır. İdeya olaraq yeni simalara və janrlara ehtiyac var. Tamaşaçı seriallarımızda, verilişlərimizdə yeni simalar görmək istəyir. Rejissor, bu sənətin içində olmağıma baxmayaraq mən də bunu görmək istəyirəm. Amma yeni mövsümdə təqdim edəcəklərimiz bizim istəyimizdən deyil, imkanlarımızdan asılıdır”. Ayşən Azadova Medianews.az

Bizə qoşulun