“Təndirlərdə çörək bişirib evdə bir dənə kişi saxlayırsınız. Ayıb olsun o kişilərə ki, qaynana, ata, arvad və qadın hesabına yaşayır”.
Medianews.az xəbər verir ki, bu sözləri “Səni Axtarıram” verilişində aparıcı Xoşqədəm Hidayətqızı bildirib:
“Gedib işləsinlər, canları çıxsın oturub uşaqlarına baxsın. Mən ayaq üstdə dayanan qadınam. Amma sabah işləməsəm, evimdə mənə çörək gətirən var. Ancaq mən fikirləşirəm ki, niyə mənə kimsə çörək gətirsin?”.