Son zamanlar Türkiyə ilə Yunanıstan arasında gərginliyin artdığı bir vaxtda Yunanıstanın müdafiə naziri Nikos Panagiotopoulos Afinada qatıldığı konfransda Türkiyəni hədəfə alıb.
Medianews.az xəbər verir ki, Panagiotopoulos bildirib ki, Yunanıstan Türkiyə ilə əlaqəyə açıq olsa da, Ankara qaydalarla oynamağa başlamalıdır.
Rum nazir, “Türkiyə ilə razılaşmaq istəyirik, amma Türkiyə oyunu qaydalara uyğun oynamalıdır”,-deyə bildirib.
Xatırladaq ki, dünən Yunanıstanın baş naziri Kiriakos Mitsotakis Egeydə Türkiyə ilə artan gərginliklə bağlı “Yunanıstan öz suverenliyinə və ərazi bütövlüyünə qarşı heç bir təhdidlərə dözməyəcək” deyib.
Leyla, Medianews.az