Fransanın paytaxtı Parisin simvolu olan Eyfel qülləsinin paslandığı və təcili təmirə ehtiyacı olduğu bildirilir.
Medianews.az xəbər verir ki, Fransanın “Marianne” jurnalına sızan xəbərlərə görə, ekspertlər “bərbad vəziyyətdə olan və çox paslanmış” qüllənin tamamilə təmir edilməsinin lazım olduğunu bildiriblər.
Adının açıqlanmasını istəməyən məsullardan biri jurnala danışarkən qüllənin memarı Qustav Eyfel haqqında “qülləni ziyarət etsəydi infarkt keçirərdi”,- deyə bildirib.
Lakin məlumatda bildirilir ki, 2024-cü ildə keçiriləcək Paris Olimpiadasına qədər yalnız “kosmetik” düzəlişlər ediləcək. Məlumatda bildirilib ki, bələdiyyə operator şirkətinin tamamilə bağlanması nəticəsində meydana gələcək gəlir itkisi arzulamır.
Onu da əlavə edək ki, inşa edildiyi gündən 20-ci dəfə təkrarlanacaq rəngləmə prosesinin 60 milyon avroya başa gələcəyi bildirilir.
Leyla, Medianews.az