Pakistanın Bəlucistan əyalətinin bəzi şəhərlərində təsirli olan musson yağışları sellərə səbəb olub.
Medianews.az xəbər verir ki, səlahiyyətlilər sel nəticəsində 20 nəfərin öldüyünü açıqlayıb. Səlahiyyətlilər, güclü küləyin də təsirli olduğu Bəlucistan əyalətinin Ketta şəhərində eyni ailədən olan 6 qadının evlərinin damının uçması nəticəsində öldüyünü bildiriblər. Bəlucistan əyalətinin hakimiyyət orqanları Ketta şəhərində fövqəladə vəziyyət elan edib. Səlahiyyətlilər həmçinin Kettadakı Sariab Mills ərazisində 100-dən çox evin uçduğunu bildirib.
Digər tərəfdən, Pakistanın Sind əyalətinin Sukkur şəhərində baş verən sel səbəbiylə evlərə maddi ziyan dəydiyi bildirilib. Axtarış-xilasetmə qruplarının işlərini davam etdirdiyi qeyd edilib.
Qeyd edək ki, Pakistanda iyul-sentyabr aylarında davam edən musson yağışları zamanı infrastrukturun qeyri-kafi olması səbəbindən hər il daşqınlar baş verir.
Leyla, Medianews.az