Özbəkistanın Qaraqalpaqıstan vilayətinin səlahiyyətliləri bildiriblər ki, cümə günü baş verən zorakılıqlardan sonra minlərlə insan xəstəxanalarda müalicə olunur.
Medianews.az xəbər verir ki, regional səhiyyə naziri paytaxt Nukusda xəstəxanaların dolu olduğunu vurğulayıb.
Özbəkistan lideri Şevkət Mirziyoyev planların həyata keçirilməyəcəyini bildirib. Region nümayəndələri ilə görüş keçirən Özbəkistan lideri ölkədə sabitliyi pozmağa çalışan bədxah qüvvələri günahlandırıb.
Mirziyoyev həmçinin fəalları silah ələ keçirmək üçün yerli hökumət binalarını ələ keçirməyə cəhd etməkdə ittiham edib.
Onu da əlavə edək ki, bölgədə fövqəladə vəziyyət elan edildikdən sonra polis və ordunun paytaxt Nukusun küçələrinə diami nəzarət etdiyi bildirilir.
Mühacirətdə olan müxalif siyasətçi Pulan Ahunov bildirib ki, fövqəladə vəziyyətlə əlaqədar insanlar Rahat gəzib, məlumat ala bilmirlər.
Müxalifətdə olan Berlik Partiyasının lideri Ahunov vəziyyətin öz dillərində danışan azlıq olan özbəklər və qaraqalpaqlar arasında etnik münaqişəyə çevriləcəyindən ehtiyat etdiyini bildirib.
İsveçdə yaşayan Ahunov bildirib: “Bir çox yerlərdə hələ də nümayişlər davam edir. Ümumi vəziyyət sakitləşməyə başlayıb, amma başqa bir təhlükə var. Qaraqalpaqlar və Özbəklər arasında münaqişə . Vəziyyət tamamilə nəzarətdən çıxa bilər”.
Xatırladaq ki, ötən gün regionun Özbəkistandan ayrılmaq hüququnu geri almaq planlarına etiraz edən təhlükəsizlik qüvvələri ilə fəallar arasında toqquşma baş verib.
Leyla, Medianews.az