Rusiyanın Ukraynaya hücumlarından sonra başlayan sanksiyalar davam edir.
Medianews.az xəbər verir ki, Britaniyanın Rusiyaya qarşı yeni sanksiyaları Rusiya prezidenti Vladimir Putinin yaxın ətrafına da təsir edir.
Xarici İşlər Nazirliyinin bəyanatında deyilir ki, Putinin əmisi oğlu Anna Tsivileva da sanksiyalardan təsirlənib. Tsivileva ilə yanaşı, Rusiyanın ikinci ən varlı adamı, Putinin ən mühüm tərəfdarlarından olan Vladimir Potanin də sanksiyadan təsirlənib.
Böyük Britaniyadan verilən açıqlamada, yeni sanksiyaların “Rusiyanın döyüş maşını”nı zəiflətmək məqsədi daşıdığı qeyd edilib.
Leyla, Medianews.az