Medianews.az
Putindən İsveç və Finlandiya açıqlaması: "Aramızda mütləq gərginlik olacaq"
194 baxış

Putindən İsveç və Finlandiya açıqlaması: "Aramızda mütləq gərginlik olacaq"

Rusiya prezidenti Vladimir Putin Finlandiya və İsveçin NATO-ya üzvlük prosesi ilə bağlı verdiyi açıqlamada, "NATO bu ölkələrə əsgər və infrastruktur yerləşdirsə, Rusiya mütləq cavab verəcək",- deyə bildirib. Medianews.az xəbər verir ki, Rusiya dövlət televiziyasına danışan Putin, “İsveç və Finlandiya ilə heç bir problemimiz yoxdur. Əgər onlar NATO-ya üzv olmaq istəyirlərsə, xoş qarşılanırlar. Amma bilməlidirlər ki, heç bir təhlükə yox idi. Amma indi ora qoşun və infrastruktur yerləşdirilsə, cavab verməliyik. Bizim üçün təhlükə yaradan bölgələrə də eyni şəkildə təhlükə yaratmalıyıq. Keçmişdə bu ölkələrdə hər şey yaxşı idi. İndi aramızda mütləq gərginlik olacaq",-deyə bildirib Xatırladaq ki, İsveç və Finlandiyanın NATO-ya qəbulu ilə bağlı böhran Madriddə davam edən NATO Sammitində Türkiyənin etirazlarını geri götürməsi ilə aradan qaldırıldı. Leyla, Medianews.az

Bizə qoşulun