Türkiyənin səhiyyə naziri Fahrettin Koca Twitter hesabında Türkiyədə meymun çiçəyi xəstəliyinin aşkar edildiyini açıqlayıb.
Medianews.az xəbər verir ki, Koca paylaşımında qeyd edib: “ Xəstələrimizdən birinə meymun çiçəyi diaqnozu qoyuldu. Xəstənin 37 yaşı var, immun sistemi zəifdir. O, təcrid olunur. Əlaqə təqibi aparıldı, başqa hal aşkar edilməyib. Məlum olduğu kimi, bu xəstəlik tənəffüs yolu ilə deyil, yaxın fiziki təmasla ötürülür” .
Ümumilikdə Afrikanın mərkəzi və qərb bölgələrində aşkarlansa da, may ayında başda Avropa ölkələrində olmaqla onlarla ölkədə aşkarlanmış meymun xəstəliyi ilk dəfə 1970-ci illərdə Konqo Demokratik Respublikasında insanlarda görülmüşdür.
Leyla, Medianews.az