Böyük Britaniyanın baş naziri Boris Conson Rusiya prezidenti Vladimir Putin haqqında qəribə fikirlər səsləndirib.
Medianews.az xəbər verir ki, Almaniyanın ZDF telekanalına verdiyi müsahibədə gender bərabərliyi və təhsilin əhəmiyyətindən danışan Conson, güclü vəzifələrdə daha çox qadınların olmasının lazım olduğunu vurğulayıb və deyib: “Putin qadın olsaydı, bu açıq-aydın görünmür, amma olsaydı, düşünürəm ki, o, bu çılğın maço istilasına və zorakılığına başlamazdı. Zəhərli kişiliyin mükəmməl nümunəsini görmək istəyirsinizsə, Putinin Ukraynada etdiklərinə baxın”.
Britaniyanın müdafiə naziri Ben Uolles isə “kiçik adam sindromu” olan Putinin dünyaya “maço” baxışı olduğunu iddia edib.
Leyla, Medianews.az