Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev, 3-cü Dünya Müharibəsi ilə bağlı xəbərdarlıq edib.
Medianews.az xəbər verir ki, Medvedev bunları söyləyib: “Bizim üçün Krım Rusiyanın bir hissəsidir. Krıma təcavüz ölkəmizə qarşı müharibə elan etmək deməkdir. Əgər bunu NATO üzvü olan bir ölkə edərsə, bu, bütün Şimali Atlantika Alyansı ilə münaqişə, Üçüncü Dünya Müharibəsi deməkdir”.
İsveç və Finlandiyanın NATO üzvlüyündən danışan Medvedev Rusiyanın cavab addımlarına hazır olduğunu bildirib və bu addımlar arasında adı çəkilən ölkələrin sərhədlərinə “İskəndər” hipersəs raketlərinin yerləşdirilməsinin də olduğunu vurğulayıb.
Leyla, Medianews.az