İngiltərənin ən çox oxunan tabloid qəzetlərindən biri olan Daily Star, Rusiya -Ukrayna müharibəsi davam edərkən Kreml rəhbərliyinin cəbhəyə yeni təyinat aldığını iddia edib. Qəzet iddia edib ki, hazırda təqaüddə olan, əvvəllər Suriyada döyüşən rus generalı Pavel xidmətə çağırılıb.
Medianews.az xəbər verir ki, qəzetin xüsusi xəbərində onun 67 yaşlı Paveli xidmətə çağırdığı bildirilib və təqaüdçü əsgərin qidalanma vərdişləri də ətraflı şəkildə paylaşılıb. Pavelin gündə 5 dəfə yemək yediyi və hər gün araq içdiyi iddia edilərkən, çəkisinin də təxminən 128 kiloqram olduğu bildirilir.
Xəbərdə qeyd olunub ki, Daily Star-a bir mənbə deyib ki, “Putinin yüksək səviyyəli və ən yaxşı əsgərləri Ukraynadakı müharibədə ya öldürülüb, ya da yaralanıb. Odur ki, hazırda o, uzun müddət döyüşməyən ikinci dərəcəli əsgərləri göndərir”. İngiltərə mətbuatına açıqlama verən mənbə bu iddianın əsasını ictimaiyyətlə bölüşməyib.
Adı açıqlanmayan mənbə bildirib ki, general Pavel təxminən 25 il əvvəl xüsusi əməliyyat bölməsində işləyib, lakin hazırda Moskvada təqaüdə çıxıb.
Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında fevralın 24-dən bu yana davam edən müharibədə 30 mindən çox rus əsgərinin öldüyü, 100 min əsgərin isə yaralandığı təxmin edilir.
Leyla, Medianews.az