Avropa Komissiyasının enerjidən məsul üzvü Kadri Simson bildirib ki, Rusiyadan Avropa Birliyinə təbii qaz nəqli keçən ilki səviyyənin yarısına qədər və daha çox azala bilər.
Medianews.az xəbər verir ki, Rusiyanın Ukraynaya təcavüzündən sonra tətbiq edilən sanksiyalar çərçivəsində Rusiyanın enerji təchizatı ciddi şəkildə azalıb, Avropanın Rusiya təbii qazı və neftindən asılılığı özünü büruzə verib və ölkələr müxtəlif təchizat mənbələri axtarışına başlayıb.
Avropa İttifaqının enerji nazirlərinin Lüksemburqdakı görüşdən əvvəl Simson, “mən həm ölkələr, həm də komissiya olaraq atmalı olduğumuz konkret addımları nazirlərə izah etməyi planlaşdırıram ki, daha yaxşı hazır olaq”,-deyə bildirib.
Qeyd edək ki. Avropa Komissiyası iyulda Aİ-yə qaz tədarükündəki zərbələrə dair Aİ planını təqdim edəcək.
Leyla, Medianews.az