Medianews.az
İspaniyada NATO əleyhinə nümayiş
76 baxış

İspaniyada NATO əleyhinə nümayiş

İyunun 28-30-da NATO Sammitinə ev sahibliyi edəcək İspaniyanın paytaxtı Madriddə minlərlə insan NATO əleyhinə nümayiş keçirib. Medianews.az xəbər verir ki, İspaniyada solçu və kommunist qeyri-hökumət təşkilatlarının çağırışı ilə təşkil edilən “Sülh naminə: NATO-ya yox” adlı nümayişə çoxlu sayda insan qatılıb. Paytaxtda keçirilən nümayişdə etirazçılar əllərində “Müharibələrə yox”, “NATO-ya yox”, “NATO bazalarını çıxarın”, “Hərbi xərclər əvəzinə məktəb və xəstəxanalar tikin” yazılmış plakatlar tutaraq NATO əleyhinə şüarlar səsləndiriblər. Aksiyaya qatılan Madridli Konça Hoyos NATO-nun Avropada müdafiə xərclərini artırmasının sülhə təhdid olduğunu söyləyərək, “silahlanmadan, insanları öldürməkdən bezmişəm. Onların təklif etdikləri həll daha çox silah və müharibədir. Biz həmişə bunun əvəzini ödəyirik",-deyə bildirib. Leyla, Medianews.az 

Bizə qoşulun