Türkiyənin Suriyanın şimalındakı hərbi əməliyyatı gündəmdə olarkən İranın rəsmi media qurumu Press TV diqqətçəkən iddia ilə çıxış edib.
Medianews.az xəbər verir ki, Press TV, Suriyanın cənub-şərqində Vaşinqtonun dəstəklədiyi Məqavir əl-Səvranın Suriyanın şimal-şərqinə doğru irəlilədiyini iddia edib.
İran mediası bu iddianı Livanın ərəbdilli əl-Məyadin telekanalına əsaslandırıb. Xəbərdə ABŞ -ın dəstəklədiyi və İraq, İordaniya sərhədinə yaxın Əl-Tənf bölgəsində yerləşdirilən Məqavir əl-Səvranın Suriyanın şimalına göndərildiyi iddia edilib. İranın terror təşkilatı hesab etdiyi MAT-ın onurğasını terror təşkilatı PKK/YPG/PYD-dən təşkil etdiyi və ABŞ-a arxalanan Suriya Demokratik Qüvvələrinin bölgəyə doğru irəlilədiyi iddia edilib.
Əl-Məyadin xəbərində, “Türkiyə tərəfindən yeni bir əməliyyat olacağı təqdirdə, Suriya Demokratik Qüvvələrinə bağlı qrupların bölgəni tərk etməsi halında, ABŞ-ın rəhbərlik etdiyi koalisiya bura qruplar göndərərək varlığını genişləndirməyi hədəfləyir. Suriya hökuməti neft bölgəsini ələ keçirsin”, – deyə bildirilib.
Tərəflərdən məsələ ilə bağlı əlavə şərh verilməyib.
Xatırladaq ki, 2016-cı ildə qurulan İnqilabçı Komando Ordusu ABŞ-ın dəstəyi ilə Suriyanın şərqində yerləşdirilib. Bu ilin aprelində ABŞ-dan dəstək alan İnqilabçı Komando Ordusu üçün Pentaqondan büdcə verilib.
Leyla, Medianews.az