ABŞ Senatı dünən silahdan istifadə ilə bağlı tədbirləri ehtiva edən paketi qəbul edib.
Medianews.az xəbər verir ki, 35 əleyhinə 65 səslə qəbul edilən qanun layihəsi son 30 ildə fərdi silahlanmaya qarşı atılan ən mühüm addımlardan biri olub. Qanun layihəsi silah almaq yaşının 18-dən 21-ə qaldırılmasını və silahdan istifadəyə bəzi məhdudiyyətlərin tətbiqini nəzərdə tutur.
ABŞ prezidenti Co Bayden deyib: “Bu ikitərəfli qərar amerikalıları qoruyacaq. Məktəbdəki uşaqlar və cəmiyyət daha təhlükəsiz olacaq”.
Məlumata görə, qanun layihəsinin qanuna çevrilməsi üçün Nümayəndələr Palatası tərəfindən qəbul edilməli və Bayden tərəfindən təsdiqlənməlidir.
Xatırladaq ki, ötən ay Texasda ibtidai məktəbə hücumda 19-u uşaq olmaqla 21 nəfərin ölməsi ölkədə silahdan istifadə ilə bağlı müzakirələri gündəmə gətirib. Silahlı hücumların davam etdiyi ölkədə silah lobbisi silahlanmanın məhdudlaşdırılmasına qarşı səylərini davam etdirir.
Qeyd edək ki, ABŞ Ali Məhkəməsi dünən silah hüququna zəmanət verən və ictimai yerlərdə atıcı silah gəzdirməyin konstitusiya hüququ olduğunu şərtləndirən qərar qəbul edib.
Leyla