Medianews.az
Rusiyadan Baydeni qəzəbləndirəcək addım
103 baxış

Rusiyadan Baydeni qəzəbləndirəcək addım

ABŞ-ın Rusiyadakı səfirliyinin qarşısındakı meydanın adı dəyişdirilib. Moskva Bələdiyyəsindən verilən açıqlamada, sözügedən meydanın Ukraynada rusiyayönlü separatçıların qurduğu qondarma dövlətin adı olan “Donetsk Xalq Respublikası” olaraq dəyişdirildiyi bildirilib. Medianews.az xəbər verir ki, bəyanatda “ABŞ-ın Rusiyadakı səfirliyi yeni rəsmi ünvan aldı” ifadələrindən istifadə edilərək, “diplomatik nümayəndəlik hazırda aşağıdakı ünvanda yerləşir: Rusiya Federasiyası, Moskva, Presnenski Bələdiyyə Dairəsinin Daxili Şəhər Dairəsi, Donetsk Xalq Respublikası Meydanı, №: 1", -deyə bildirilib. Açıqlamada, ABŞ səfirliyinin yeni ünvanının təxminən 280 min iştirakçının iştirak etdiyi ümumxalq səsverməsinin nəticələrindən sonra seçildiyi bildirilib. Leyla, Medianews.az

Bizə qoşulun